Bu il Azərbaycan Qran-Prisinin açılışında Dövlət Himnini oxuyacaq sənətçi məlum olub. 

2018-ci il Avroviziya Mahnı Müsabiqəsi təmsilçimiz AISEL bu il Azərbaycan Qran-Prisində Dövlət Himnini oxuyacaq.

Bu barədə olay.az AISEL-in məşq prosesindən paylaşım edib.

Qeyd edək ki, ötən il Qran-Pridə Azərbaycan Dövlət Himnini Efendi, 2021-ci ildə isə Səbinə Babayeva oxuyub.