AISEL-dən yeni klip “GƏL”di.

Bəstəkar-müğənni AISEL “Gəl” adlı yeni mahnısını və mahnıya çəkilən klipi təqdim edib. Həsrəti özündə ehtiva edən həzin balladanın söz və musiqisi ifaçının özünə aiddir. Mahnının aranjımanı, miks-masterinqi isə Emin Kərimə (STKHA) məxsusdur.
Ekran işinin müəllifi Royal Cəfərovdur. Klipdə qışın rəngi olan ağ rəngə üstünlük verilib. Bir neçə obrazla kamera qarşısına keçən ifaçının ağ iplər, bəyaz orxideya və hortenziyadan hazırlanmış geyimi xüsusi diqqət çəkir.

Qeyd edək ki, bu il ifaçının yaradıcılığı olduqca zəngin olub. O, il ərzində 1 studiya albomu, 1 EP albomu, 2 sinql, 7 klip təqdim edib. İfaçı, həmçinin, bu il Formula 1 üzrə Azərbaycan Grand-Prisində Azərbaycan Respublikasının Dövlət Himnini də ifa edib.