INFE Azerbaijan

Official Member of INFE Network

2023 Uşaq Avroviziya Mahnı Müsabiqəsinin şüarı təqdim edilib

Bu ilin 26 noyabrında Fransanın Nitsa şəhərində 21-ci Uşaq Avroviziya Mahnı Müsabiqəsi baş tutacaq.

Fransanın “France Télévisions” kanalı müsabiqəsinin şüarını açıqlayıb. Belə ki, ölkələrini təmsil edəcək olan uşaqlar “Heroes” yəni “Qəhramanlar” şüarı altında ölkələrinin qəhramanı olmaq üçün mübarizə aparacaqlar.

Kanalın əyləncə şoularının direktoru Aleksandra Rede Avropa Yayım ittifaqının mətbuat konfransında iştirak edərək bunları bildirib.

“Uşaqlar əhəmiyyətlidir, onlar bu səyahətin həm əvvəlində həm də sonunda bir qəhramana çevriləcəklər. Ev sahibi şəhərə gəldikdə isə, Nitsa şəhəri tamamilə unikal və 2021-ci ildə Yuneskonun “Ümumi dünya irs” siyahısına daxil edilmiş kosmopolit bir şəhərdir. Çox istərdim ki bizə qoşulanların sayı 30 ölkəni ötsün”

Bu an üçün 11 ölkə yarışmada iştirakını təsdiq edib. Ölkəmizin yarışmaya geri dönüş edəcəyi hələ ki, təsdiq görməyib.

Xatırladaq ki, Azərbaycan ən son 2021-ci ildə Sona Əzizovanın “One of Those Days” adlı mahnısı ilə yarışmış və tarixinin ən uğurlu nəticəsini alaraq 151 xalnan 5-ci olmuşdur.

Teo Terlano

Next Post

Previous Post

© 2023 INFE Azerbaijan

Theme by Anders Norén