Cəmi bir neçə gün əvvəl BBC yarımfinalın interval şousunda görəcəyimiz məşhur simaların siyahısını təqdim etmişdi, bugün isə böyük finalda kimlərin bu möhtəşəm şouya qonaq qismində qatılacağını açıqlayıb.

Şounun açılışını ötən ilin qalibləri olan, “Stefania” mahnısı ilə bütün dünyada ürəkləri fəth edən və Ukraynaya üçüncü qələbəsini qazandıran “Kalush Orchestra” edəcək.

Bayraq paradı zamanı tamaşaçıları Ukraynanın keçmiş Avroviziya iştirakçılarının çıxışları gözləyəcək. “GO_A” qrupu Camala, Verka Serducka və Tina Karol səhnədə yer alacaq. Eurovision.tv məlumat verir ki, onlar parad zamanı “Britaniya Klassikləri ilə toxunmuş yeni bir dönüşə” hazırlaşırlar.

Yarışan mahnıların çıxışları sona çatdıqdan sonra ilk interval şouda “BRITs” mükafatlarında “ən yaxşı çıxış” nominasiyasına namizəd həmçinin son on ildə Böyük Britaniya adına ən yaxşı nəticəni qazanmış ötən ilin münsif səsverməsinin qalibi Sem Rayderin möhtəşəm çıxışını izləyəcəyik.

Sem Eurovision.tv saytına verdiyi müsahibədə bildirib:

“İkinci dəfə bu səhnəyə dəvət olunmaq mənim üçün şərəflidir! Və bu dəfə peşəkar sənətçilərin çıxışını izləmək və sizin üçün öz xüsusi performansımı təqdim etmək üçün səbirsizlənirəm”

Son interval akt “The Liverpool Songbook” adlanır, ev sahibi şəhərin pop musiqi dünyasına verdiyi inanılmaz musiqi töhfələri qeyd ediləcək.

Gecəyə BBC tərəfindən altı məşhur keçmiş Avroviziya ulduzları dəvət olunub, siyahı isə belədir:

🇮🇹 Mahmud (2019 və 2022-ci ildə İtaliya təmsilçisi)
🇮🇱 Netta (2018 Avroviziya qalibi)
🇮🇸 Dadi Freyr (2020 və 2021 İslandiya təmsilçisi)
🇸🇪 Kornelia Yakobs (2022 İsveç təmsilçisi)
🇳🇱 Dankan Lourens (2019 Avroviziya qalibi)

Üstəlik Birləşmiş Krallıq adına 1993-cü ildə Avroviziyada ikinci olmasının 30 illiyini qeyd edən Soniya da səhnədə yer alacaq.