Əvəzedici məşqlər Avroviziya 2023-ün əsas məşqlərinin başlamasına sayılı günlər qala, nümayəndə heyətləri arenaya gəlməzdən əvvəl həyata keçirilir.
Hər bir nümayəndə heyətinin təqdim edəcəyi səhnə görünüşünün simulyasiyasından ibarət olan bu məşqlər yerli ölkənin həvəskar, xalq artistləri və rəqqaslar tərəfindən icra olunur.
Əvəzedici adlandırılan məşqlər zamanı sənətçinin performansının televiziya ekranlarına necə əks olunacağını və kameraların düzgün istiqamətdən çəkiliş etməsini yoxlamaq üçündür. Həmçinin təbii ki, ortaya çıxan görüntülər bəzən nümayəndə heyətləri üçün xoşagəlməz olur və onlar əsas məşqlər başlamazdan əvvəl bu qüsurları aradan qaldırırlar.
Bu gündən başlayan məşq prosesi bir neçə gün davam edəcək və aprelin 30-da Avroviziya fanatlarının da səbirsizliklə gözlədiyi əsas məşq prosesi start götürəcək.