26. dəfə keçiriləcək dünaynın ən böyük musiqi mükafatlandırma mərasimlərindən biri olan 2019 MTV Avropa musiqi mükafatlandırma mərasimi bu axşam İspaniyanın Seviliya şəhərində baş tutacaq.
Dua Lipa, NCT 127, Sofia Reyes, Pabllo Vittar kimi adların səhnə alacağı gecədə Eurovision ulduzları da mükafatlar uğrunda mübarizə aparacaq.
Ukraynanı Eurovision 2019 mahnı müsabiqəsində təmsil etmıyə haqq qazanmış ifaçı Maruv “Ən Yaxşı Rus İfaçı” mükafatı uğrunda mübarizə aparacaq. Müsabiqənin sonuncu qalibi Duncan Laurence MTV Hollandiya tərəfindən namizəd olaraq göstərilməyib.
Ən Yaxşı Rus İfaçı: MARUV

ƏN YAXŞI İTALİYAN İFAÇI: MAHMOOD

ƏN YAXŞI MACAR İFAÇI: ANDRÁS KÁLLAY-SAUNDERS

ƏN YAXŞI POLYAK İFAÇI: ROKSANA WĘGİEL

(Uşaq Eurovision 2018-in qalibi)
Digər namizəd ifaçılar:
- Molly Sandén (Melfestivalen 2009, 2012 and 2016) — Ən Yaxşı İsveç İfaçı
- Fernando Daniel (Festival da Canção 2017) — Ən yaxşı Portuqaliyalı ifaçı
- Viktor Király (A Dal 2012, 2014 and 2018) — Ən yaxşı Macar ifaçı
- Elodie (Sanremo 2017) — Ən yaxşı İtaliyan ifaçı