Bu gün Rusiyanın Vinnitsaya raket zərbəsi endirməsi nəticəsində Ukrayna milli seçim turu “Vidbir 2022”-in finalçısı Roxolananın komanda üzvü – 25 yaşlı səs rejisoru həlak olub.
Vinnitsaya raket hücumu nəticəsində ölən və yaralananlar arasında Eurovision Mahnı Müsabiqəsinin Ukrayna üzrə milli seçiminin finalçısı müğənni Roxolananın komandasının musiqiçiləri də var.
Bu barədə müğənni İnstaqramda məlumat verib. Musiqiçilər rus qoşunları tərəfindən atəşə tutulan binalardan biri olan Zabitlər Evində keçiriləcək konsertə hazırlaşırmışlar.
“Rusların Vinnitsaya raket hücumları zamanı komandamızın bir hissəsi şəhərin mərkəzində olub, hamısı yaralanıb. Jeniya dünyasını dəyişib. Andriyin vəziyyəti ağırdır və əməliyyat otağında həyatda qalma mübarizəsi aparır. Biz onları heç vaxt bağışlamayacağıq.” deyə müğənni bildirib.
“Rusiya hər gün dinc insanları öldürür, ukraynalı uşaqları öldürür, mülki obyektlərə raket zərbələri endirir. Açıq-aşkar terror aktı olmasa nə olar?” Prezident Vladimir Zelenski sosial şəbəkədə açıqlama verib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Rusiyanın Ukraynanın mərkəzi Vinnitsa şəhərinə endirdiyi raket zərbəsi nəticəsində üçü uşaq olmaqla azı 21 nəfər ölüb, onlarla insan yaralanıb.