Almaniyanın ictimai kanalı ARD-də yayımlanan “ESC-Songcheck” proqramının ikinci həftəsinin qalibi ölkə təmsilçimiz Əfəndi olub.

Almaniyanın Avroviziya simaları hesab olunan Stefan Spiegel və Alina Stieglerin aparıcılıq etdiyi proqramda aparıcılar ilə bərabər Eurovision icmasının da yer aldığı ekspert paneli təmsilçilərin mahnılarını dinləyir və reaksiyalarını bildirir.

Bu həftə baş tutan ikici proqramda 10 ölkə təmsilçisi mübarizə aparıb və Efendi “Cleoptra” ilə Stefan Spiegeldən maksimum 10 xal, Alina Stieglerindən 8 xal və müsabiqənin Almaniya üzrə şərhçisi Peter Urban, Almaniyanın 2006-ci il təmsilçisi Jane Camerford kimi şəxslərin yer aldığı ekspert panelindən isə 7.3 bal alaraq ümumilikdə 8.15 bal toplayaraq ikinci həftənin qalibi olub.

YerÖlkəTəmsilçi/ mahnıPanel Xalları (50%)Alinanın Xalları (25%)Stefanın Xalları (25%)Nəticə
1Azərbaycan Efendi – “Cleopatra”7,38108,15
2İsrailEden Alene – “Feker libi”7,31077,9
3MaltaDestiny – “All Of My Love”8,4867,7
4NorveçUlrikke – “Attention”7,5877,5
5UkraynaGo_A – “Solovey”6,8576,4
6RumıniyaRoxen – “Alcohol You”6,6486,3
7XorvatiyaDamir Kedžo – “Divlji vjetre”4,7755,35
8BelçikaHooverphonic – “Release Me”5,2375,1
9KiprSandro – “Running”4,5434
10FransaTom Leeb – “The Best In Me”3,4212,45

Təmsilçimiz Efendi bu həftənin qalibi olsada ümumi sıralamada dördüncüdür. Lider “On Fire” adlı mahnı ilə Litvadan The Roop qrupudur. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq italyan Diodato və Rusiyanın Little Big qrupu qərarlaşıb.