
Ötən axşam İsveçin milli seçim turu olan “Melodifestivalen”-in 4-cü turu başa çatdı.
Gecədə bir çox məşhur isveçli simalar, habelə Avroviziya 2012 qalibi Lorin də böyük final uğrunda mübarizə apardı.
Şouda bir çox yadda qalan anlar yaşandı ki , bunların ən çox səs gətirəni Lorinin çıxışı zamanı tamaşaçının səhnəyə daxil olaraq, kameraların qarşısını kəsməyə çalışması oldu.
Turun nəticələri isə belədir:
Lorin — “Tattoo” — (finala vəsiqə qazandı)
Smash Into Pieces — “Six Feet Under” — (finala vəsiqə qazandı)
Kiana — “ Where Did You Go” — (yarımfinala vəsiqə qazandı)
Mariette — “One Day” — (yarımfinala vəsiqə qazandı)
Aksel Şilström — “Gorgeous” — (5-ci olaraq mübarizəni dayandırdı)
Siqne və Hyordis – “Edelweiss” — (6-cı olaraq mübarizəni dayandırdı)
Emil Henrohn — “Mera mera mera” — (7-ci olaraq mübarizəni dayandırdı)
“Melodifestivalen”-in yarımfinal mərhələsi martın 4-də Örnsköldsvik şəhərində, finalı isə martın 11-i Stokholm şəhərində baş tutacaq.
