Mia Nikolai və Dion Kopper cütlüyü Avroviziya Mahnı Müsabiqəsində ifa edəcəkləri mahnı barəsində danışıblar.
Onlar martın 1-i işıq üzü görəcək mahnını Dunkan Laurenslə birlikdə ərsəyə gətiriblər.
Mia mahnı barədə bunları deyib:
“Bizim çatdırmaq istədiyimiz mesaj odur ki, bizi insan edən nədir? Fərqli olduğumuzdan çox eyniyik. Hamımız bilirik ki, həyat bəzən çətin ola bilər, sən özünü tənha, kimsəsiz hiss edə bilərsən, amma ki tək deyilsən. Hər kəsin özünə aid olduğu bir yer var. Və keçmişdən dərs alaraq daha uğurlu bir gələcək yarada bilərik.”
26 yaşlı Mia 3 yaşından bəri musiqi ilə məşğuldur, və hal hazırda Los-Ancelesdə yaşayır. O, ilk sinqlı “Set me free” 2020-ci ildə buraxıb.
Dion Kupperin isə 28 yaşı var, 15 yaşından etibarən gitara ifa etməyi öyrənib o ilk mahnısı olan “Too Young Too Dumb”-ı 2021-ci ildə buraxıb.
