🇮🇸 İslandiya onları 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək mahnı və müğənini seçmə yolunda keçirdiyi “Söngvakeppnin” milli seçim turunun 2-ci yarımfinalını keçirib.
Xalq səsverməsi vasitəsi ilə, ən çox səs toplamış iki sənətçi Siqqa Ozk və Lanqi Seli & “Skuggarnir” böyük finala vəsiqə qazanıb.
Və beləliklə 5 finalistin hamısı bəlli olub:
Dilya — “Lifandi inni í mér”
Braqi — “Stundum snýst heimurinn gegn þér”
Lanqi Seli & “Skuggarnir” — “OK”
Siqqa Ozk — “Gleyma þér og dansa”
Celebs — “Dómsdagsdans”
Onlar 4 mart tarixində ölkələrini Liverpul şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün mübarizə aparacaqlar.
Mahnılar island dilində olsa da qalib gələn şəxs mahnısını Avroviziya Mahnı Müsabiqəsi səhnəsi üçün hansı dildə ifa etmək istəyirsə o dildə oxumaqda sərbəstdir.
