🇭🇷 Xorvatiya: HRT studiyasında Avroviziya məşqləri başlayıb.

“Let 3” qrupu Avroviziya Mahnı Müsabiqəsi üçün oxuyacaqları “Mama ŠČ” mahnısı üçün səhnə planlarını lentə alıb. Səhnə planının bir parçasını və performansı əhatə edəcək üçün rekvizitləri aşağıda görə bilərsiniz.

Mahnı xarvat dilində səslənəcək. Bunu qrupun ifaçısı Damir Martinoviç deyib və əlavə edib ki:

Belə mahnılar oxumaq üçün ən gözəl dil bizim dildir. Mən çoxlu “Š”, çoxlu “Č” hərfi olan, “razbuljoviždiriš” və ya “ti crna, ti krvava čađo” sözlərini həqiqətən çox sevirəm. Bunlar gözəl sözlərdir. Tərcümə edəndə mənasını itirir. Ona görə də mən öz dilimizdən zövq alıram və xorvat dilində oxuyacağımız üçün çox məmnunam. Oxumaq üçün gözəl dildir. Çoxları ingilis dilinin ən gözəl olduğunu desə də.”

Xorvatiya mayın 9-da keçiriləcək birinci yarımfinalın ilk yarısında çıxış edəcək.