Birləşmiş Krallıq üç il ərzində ikinci dəfə Avroviziya Mahnı Müsabiqəsində öncəki il müsabiqədə qalib gəlmədiyi halda ev sahibliyi etdi. Lüksemburq yayımçısı RTL telekanalı maliyyə səbəblərinə görə müsabiqəni yenidən keçirmək istəmədiyinə görə, BBC bu fürsəti bir daha qəbul etdi. 1974 Avroviziya Mahnı Müsabiqəsi dənizkənarı Brayton kurortunda, “The Dome”-da keçirildi.

Qaliblər əfsanələrə çevrilirlər

1974-cü ildə milli ulduzu Marinellanı müsabiqəyə göndərən Yunanıstanın debüt etdi. Fransa mahnı müsabiqəsinə Dani tərəfindən yazılmış “La vie a vingt-cinq ans” mahnısı ilə iştirak etməli idi, lakin Fransa Prezidenti Jorj Pompidu yarışma həftəsində vəfat etdiyi və Fransa müsabiqədən geri çəkildiyi üçün fransız müğənninin çıxış etmək şansı bir daha olmadı.

Səsvermə sistemi yenidən dəyişdi: hər ölkədə 10 münsif üzvünün hər biri ən çox bəyəndiyi mahnıya bir xal verməli idi. İlk dəfə olaraq ölkələrin münsiflər heyətinin nəticələrini hansı ardıcıllıqla verəcəyinə qərar vermək üçün püşkatma üsulundan istifadə edilib. Bununla belə, səslərin verilməsində sonuncu dəfə bu üsuldan istifadə olunurdu—1975-ci ildən etibarən münsiflər heyətinin səslərinin sırasının ifa sırasına uyğun olduğu yeni səsvermə sistemi tətbiq ediləcəkdi.

Qalib haqqında

İsveç “ABBA”-nın ifa etdiyi “Waterloo” mahnısı ilə ilk dəfə mahnı müsabiqəsinin qalibi oldu. Mahnı böyük beynəlxalq hitə çevrildi və onların əfsanəvi beynəlxalq karyerasının başlanğıc nöqtəsi oldu. Qalib olduqdan 30 ildən çox vaxt keçdikdən sonra, “Waterloo” hətta 2005-ci ilin payızında Kopenhagendə keçirilən 50 illik yubiley şousunda ən yaxşı Avroviziya Mahnı Müsabiqəsi mahnısı seçildi. 1974-cü ildəki çıxışları üçün qrup “Waterloo”-nu seçməzdən öncə bir müddət tərəddüd etdi, çünki onlar digər mahnıları “Hasta mañana”-nı müsabiqə üçün daha uyğun mahnı olaraq görürdülər, bu, sonradan bir çox Avropa ölkələrində onlar üçün hit oldu—lakin İsveç milli seçimində yalnız üçüncü yerdə qərarlaşdılar. Bununla belə, “Hasta mañana” qızlardan yalnız biri—Aqneta Feltskoq tərəfindən oxunurdu və “ABBA” bütün dörd üzvün öz vokallarını verə biləcəyi bir mahnı seçmək istədi.

Faktlar və rəqəmlər

• ABŞ istehsalı “Grease” filmində rol almadan bir neçə il öncə avstraliyalı pop müğənnisi Oliviya Nyuton-Con Bişmiş Krallığı “Long Live Love” mahnısını ilə təmsil etdi. Oliviya Nyuton-Con əslində fərqli bir mahnı oxumaq istəyirdi, lakin “Long Live Love” ictimai poçt səsverməsi ilə seçildi;

• 1964-cü ilin qalibi Ciliola Çinqkuetti müsabiqəyə geri döndü və ”Sì” mahnısı ilə ikinci oldu;

• Keti Boyl müsabiqəni dördüncü və sonuncu dəfə təqdim etdi. O, Avroviziya Mahnı Müsabiqəsinə ən çox aparıcılıq edən şəxs rekorduna sahibdir.