Yunanıstanın ictimai kanalı ERT 2021-ci il üçün Avroviziya mahnısının Dimitris Kontopoulus, ARCADE və Vaughn Sharon tərəfindən hazırlanan “Last Dance” adlı mahnı olacağını açıqladı. Seçim 5 fərqli mahnı arasından edilib.

Mahnının son versiyası 10 Yanvar tarixində hazırlanacaq. Fevral ayında rejissoru Kostas Karydasın olacağı klip çəkilişləri baş tutacaq. Və nəhayət. Mart ayında isə izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, Yunanıstanı keçən il olduğu kimi, bu il də Avroviziya Mahnı Müsabiqəsində Stefania Liberakakis təmsil edəcək.