INFE Azerbaijan

Official Member of INFE Network

Xorvatiya “Tick Tock” Deyəcək

Xorvatiyanın milli seçim turu olan “Dora” bu gün baş tutdu. 14 iştirakçının ölkəni Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək uğrunda mübarizə apardığı gecədə həm münsif, həm də xalq səsverməsi nəticəsində qalib seçildi.

Səsvermə nəticəsində Albina Grčić qalib olaraq Xorvatiyanı Rotterdamda 65-ci Avroviziya Mahnı Müsabiqəsində “Tick Tock” adlanan mahnı ilə təmsil edəcək.

Qeyd edək ki, Albina “The Voice Croatia” yarışmasında 3-cü olmuşdur. Həmçinin onun “Dora” iştirakçısı Filip Rudan ilə ifası yarışmanın ən sevilən və çox izlənən ifadır.

Xatırladaq ki, Albina 18 May tarixində baş tutacaq 1-ci yarımfinalda finala keçmək üçün mübarizə aparacaq.

Avroviziya fanatlarına heç də yad olmayan, Xorvatiyanın 2016-cı il təmsilçisi Nina Kraljić isə “Rijeka” mahnısı ilə 2-ci yerdə qərarlaşıb.

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén