Ukrayna 1 illik məcburi fasilədən sonra Avroviziya mahnı müsabiqəsinin ən qalmaqallı milli seçim turu “Vidbir” ilə 2020-ci il təmsilçisini müəyyənləşdirməyə çalışacaq.

Ölkənin ictimai kanalı UA:PBC, tərəfdaş kanal STB ilə birlikdə milli seçim turunun final mərhələsində mübarizə aparacaq 16 iştirakçını ictimayətə təqdim edib.

Andrii Danylko (Verka Serduchka, Ukrayna 2007), Tina Karol (ifaçı, Teleaparıcı, Ukrayna 2006) və Vitalii Drozdovun (Hit FM radiosunun prezidenti ) münsif kürsüsündə əyləşəcəyi şounun yarım-finalları 8 və 15, finalı isə 22 Fevral baş tutacaq.

Seçim turunda iştirak edəcək 16 ifaçı:

▪️[О]
▪️KHAYAT
▪️Assol
▪️CLOUDLESS
▪️GARNA
▪️Katya Chilly
▪️FO SHO
▪️David Axelrod
▪️Олександр Порядинський
▪️TVORCHI
▪️GIO
▪️Jerry Heil
▪️KRUTЬ
▪️Еліна Іващенко
▪️Go-A
▪️MOONZOO feat. F.M.F. Sure