Foto: RÚV.is

Bu həftə bu ilin son “Super Şənbəsi” çərçivəsində təmsilçisinin adına aydınlıq gələcək ölkələrdən biri də İslandiyadır. 3 həftə bundan əvvək yarıfinalları ilə başlayan “Söngvakeppnin 2019” müsabiqəsinin, bir həftə fasilədən sonra bu şənbə keçiriləcək finalda öz təmsilçisini seçəcək. Finalda ölkənin əvvəlki təmsilçilərindən Hera Björk (2010) və Friðrik Ómar Hjörleifsson (2008) də iştirak edərək, ölkənin Tel-Əvivdəki səsi olmaq uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, finalın digər bir siması olan Hatari qrupunun, bir müddət əvvəl mətbuata “Təmsilçi seçilsək, maya kimi olan boykot çağırışlarımıza görə onsuz da yarışdan uzaqlaşdırılacağıq” şəklində müsahibəsi fanların diqqətinə səbəb olmuşdu. Finalda yarışacaq iştirakçılar bunlardır:

01. Friðrik Ómar – “Hvað ef ég get ekki elskað?”

02. Kristina Skoubo Bærendsen – “Mama Said”

03. Tara Mobee – “Fighting for Love”

04. Hera Björk – “Moving On”

05. Hatari – “Hatrið mun sigra”

Müsabiqəni canlı olaraq göstərilən link vasitəsilə izləyə bilərsiniz: http://www.ruv.is/sjonvarp/beint?channel=ruv