INFE Azerbaijan

Official Member of INFE Network

Sofiya şəhəri bu ölkələrə ev sahibliyi edir

Avropa Yayımlar Birliyinin noyabr ayında vermiş olduğu məlumata görə pandemiya ilə əlaqədar olaraq, hər bir təmsilçi səhnə performansını öncədən lentə almalıdır. Əgər karantin səbəbi ilə hər hansı ölkə nümayəndə heyəti Rotterdama səhayət edə bilməzsə, lentə alınmış həmin performanslar yarışmada yayımlanacaq.

Belə ki, ümumilikdə 5 ölkə nümayəndə heyəti öz çıxışlarını lentə almaq üçün Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səyahət edib. Bu həftə sonu Bolqarıstan təmsilçisi Victoria, Kipr təmsilçisi Elena Tsagrinou, Yunanıstan təmsilçisi Stefania, Malta təmsilçisi Destiny və Moldova təmsilçisi Natalia Gordienko çəkiliş üçün xüsusi seçilmiş studiyada öz səhnə performanslarını lentə alacaqlar.

Qeyd edək ki, qaydalara əsasən sözü gedən performanslar studiya şəraitində çəkilməli və mart ayının sonuna kimi göndərilməlidir. Prosesin ədaləti olmasını təmin etmək üçün çəkilişdən əvvəl hər bir iştirakçı yayımçı, ev sahibi kanaldan bir koordinatorla görüşüb səs sessiyası qrafiki, studiya quruluşu və kamera planını təqdim etməlidir. Çəkiliş zamanı isə müşahidə üçün müsabiqənin direktoru, ev sahibi yayımçının nümayəndəsi və müstəqil səsvermə müşahidəçisi ilə canlı əlaqə qurulacaq.

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén