Avroviziya 2010 təmsilçimiz Safura Əlizadə 7 il fasilədən sonra yeni albom ilə geri gəlir.

İfaçı yeni albom xəbərini özünün youtube kanalında açıqlayıb.

Qeyd edək ki, Safura müsabiqə sonrası İsveç musiqi şirkəti “Euteria” ilə 5 illik müqavilə bağlasada 2013-cu ildə şirkət tərəfindən tətbiq olunmuş dözülməz məhdudiyyətlər (Azərbayacana olan səfərlərin məhdudlaşdırması və sosial şəbəkələrdən istifadənin qadağan olunması) səbəbindən “Euteria” ilə müqaviləsini ləğv etmişdir.

2013-cü ildə ailə həyatı quraraq səhnədən getdiyini açıqlayan Safura, bu 7 il ərzində “Tonight”, “Baku” və “High On Your Love” adlı üç sinqıl yayımlayır.