“Eurovision” küləyi ölkənin birinci kanalı İctimai Televiziya və Radio Yayımları Şirkətində ilk efir həyatını yaşayacaq “Səs Uşaqlar” müsabiqəsindən də yan keçməyib.

Belə ki, İTV-də tezliklə yayımı başlayacaq müsabiqənin münsif kürsüsündə Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənni-aparıcı Murad Arif və müğənni Çingiz Mustafayev əyləşəcək.

Xalq artisti Zülfiyyə Xanbabayeva ölkəmizin “Eurovision” simasını seçən “Milli Seçim” turlarında da bir neçə dəfə münsif kürsüsündə əyləşib.

Müğənni-aparıcı Murad Arif isə müsabiqəni azərbaycanlı tamaşaçılar üçün şərh etməklə yanaşı 2013-cü ildə keçirilən “Uşaq Avroviziya” mahnı müsabiqəsində ölkəmizi təmsil etmiş
Rüstəm Kərimovun ifa etdiyi “Me and My Guitar” mahnısını da yazıb.

Sonuncu münsif Çingiz Müsatafeyev isə ölkəmizi sonuncu “Eurovision” mahnı müsabiqəsində təmsil edib və ölkəmizi bir neçə ildən sonra ilk onluğa geri qaytarmağı bacarıb.