INFE Azerbaijan

Official Member of INFE Network

Səmra özünü “Queen” elan elədi

Azərbaycanı “Eurovision 2016” mahnı müsabiqəsində təmsil etmiş Səmra Rəhimli yeni mahnısı “Armas” üçün kameralar qarşısına keçib.

Özünü hip-hop janrında ifa edən ilk azərbaycanlı xanım ifaçı hesab edən Səmra bu dəfə Clavis və OD ilə iş birliyi edib.

“Queen B” ( Beyonce – red.) xatırladan ifaçı yeni mahnısı haqqında bunları deyib: ” “Armas” mənim adımın tərsinə oxunuşudur. İspan dilində tərcüməsi silahdır. Adımın tərs mənası haqqında mahnı yazdırmaq fikri prodüserim İlahə Baxşıyevaya (anası – red.) məxsusdur. Mənası dominə etmək, birinci, lider, güclü və yüksək olmaqdır. Məhz, İlahə xanım özüm haqda və bu tərzdə (hip-hop) mahnı yazmaq barədə təklif etdi. Hər zaman onun musiqi duyumuna, zövqünə və hissiyatına güvənirəm.

Çox şadam ki, biz bu layihəni reallaşdırdıq. Azərbaycanda bu üslubda ifa edən ilk qadın ifaçıyam. Mahnımda dediyim kimi “təkrarla məni, bu trekə qulaq asıb həsrətlə”. Bu, mənim üçün yeni istiqamətdir. Hər zaman hip-hopa marağım olub. Hazırda biz bu formatda albom üzərində işləyirik. Eyni zamanda sizə daha bir sirr açıqlayım, mən solo konsert verməyə hazırlaşıram”.”

Qeyd edək ki, layihənin rəhbəri, rejissoru, ssenaristi, stilisti sənətçisinin Səmranın anası İlahə Baxşıyevaya məxsusdur.  Səmranın saç və makiyajı üzərində isə Anar Ağakişiyev çalışıb.

Next Post

Previous Post

Şərh yaz

© 2019 INFE Azerbaijan

Theme by Anders Norén