INFE Azerbaijan

Official Member of INFE Network

tamta “Replay”in Akustik versiyanı yayımladı

Kipri “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edən gürcü əsilli Tamta Avroviziya mahnısı “Replay”in akustik versiyanı yayımlayıb.

“Eurovision” səhnəsinə ilk çıxaraq müsabiqəni rəsmi olaraq açıq elan edən ifaçı, ilk məşqdən sonra müsabiqə çərçivəsində tanıtım proqramına qaldığı yerdən davam edir. Kipir nümayəndə heyətinin klubumuza verdiyi məlumata görə, Tamta bu gün yerli radio şousunun qonağı olub. Ev sahibi ölkənin məşhur radio stansiyalarından biri olan 100FM-də yayımlanan ” Moshiko Stern Live” proqramında Moshiko Stern və Hillel Abramovichin suallarını cavablandırıb.

Proqram çərçivəsində Kipir təmsilçisi müsabiqə mahnısı “Replay”in akustik versiyasını da canlı ifa edib.

Qeyd edək ki, Tamta birinci yarımfinalda mübarizə aparacaq ifaçıların ilk məşqindən sonra akkreditə olunmuş mətbuat nümayəndələrindən ən çox xal əldə etmiş ikinci ifaçı olub.

Next Post

Previous Post

Şərh yaz

© 2019 INFE Azerbaijan

Theme by Anders Norén