INFE Azerbaijan

Official Member of INFE Network

Rəsmi Xəbər: “Eurovision” 2019 nəticələri dəyişdirildi

Avropa Yayım İttifaqı (AYİ) tərəfindən yayımlanan bəyanatda deyilir ki, Belarusun münsiflər heyətinin müsabiqənin qaydalarına riayyət etməyərək birinci yarımfinalda səslərin açıqlanmasından sonra Belarusun münsiflər heyətinin səsləri ləvğ edilib və əvəzində səsvermə monitoru “Ernst & Young ” şirkəti tərəfindən təsdiqlənən və digər ölkələrin səslərinə uyğun olaraq səsvermə həyata keçirilib.

Avropa Yayım İttifaqı (AYİ) tərəfindən hazırlanan səslərdə insan səhvi olduğu ittifaq tərəfindən təsdiq edilib və səsvermə qaydalara uyğun olaraq düzəldilib. Buna baxmayaraq müsabiqənin ilk 4 yerində hər hansı bir dəyişiklik baş verməyib.

Yeni səslərə əsasən Azərbaycan 1 pillə geriləyərək 302 xal ilə 8-ci yerdə qərarlaşıb.

Yenilənmiş nəticələr:

  1. Hollandiya (498 xal)
  2. İtaliya (472 xal)
  3. Rusiya (370 xal)
  4. İsveçrə (364 xal)
  5. İsveç (334 xal)
  6. Norveç (331 xal)
  7. Şimali Makedoniya (305 xal)
  8. Azərbaycan (302 xal)
  9. Avstraliya (284 xal)
  10. İslandiya (232 xal)
  11. Çexiya (157 xal)
  12. Danimarka (120 xal)
  13. Kipr (109 xal)
  14. Malta (107 xal)
  15. Sloveniya (105 xal)
  16. Fransa (105 xal)
  17. Albaniya (90 xal)
  18. Serbiya (89 xal)
  19. San Marino (77 xal)
  20. Estoniya (76 xal)
  21. Yunanıstan (74 xal)
  22. İspaniya (54 xal)
  23. İsrail (35 xal)
  24. Belarus (31 xal)
  25. Almaniya (24 xal)
  26. Birləşmiş Krallıq (11 xal)

Next Post

Şərh yaz

© 2019 INFE Azerbaijan

Theme by Anders Norén