INFE Azerbaijan

Official Member of INFE Network

Rəsmən dəqiqləşdi: “Pop Kraliça” Eurovision səhnəsində!

Eurovision 2019 Mahnı Müsabiqəsinin Böyük Finalına tam 40 gün qalmış müsabiqənin qonağının adına aydınlıq gəlib. Belə ki, dünyaca məşhur müğənni, popun kraliçası Madonna Eurovision müsabiqəsində çıxış edəcək. Yanvar ayında çıxış edəcəyi barədə xəbərlər yayılsa da, məbləğin qarşılanmamağı baxımdan məsələ tam həllini tapa bilməmişdi. Bu gün isə Avropa Yayımları Birliyi (EBU) tərəfindən müğənninin rəsmən Finalın ara şousunda çıxış edəcəyi dəqiqləşib. Madonna bu təklifə 1.000.000 ABŞ dolları ilə razılaşıb. Qeyd edək ki, müğənnin sponsorluğunu məşhur İsraille biznesmen Sylvan Adams edib və bütün xərcləri öz üzərinə götürüb.

Bəs siz dünyaca məşhur müğənnini Eurovision səhnəsində hansı mahnısı ilə görmək istəyərdiniz?

Next Post

Previous Post

Şərh yaz

© 2019 INFE Azerbaijan

Theme by Anders Norén