INFE Azerbaijan

Official Member of INFE Network

Çexiyaya tarixinin ən uğurlu nəticəsini qazandıran Jan Bors: Nümayəndə heyəti rəhbərləri ilə qürür duyun

2016-2019-cu illərdə Çexiyanın müsabiqədəki nümayəndə heyətinin rəhbəri Jan Bors Youtube kanalında müsabiqə ilə bağlı fanatları maraqlandıran mövzularda danışmağa davam edir.

Jan bu dəfə ölkə nümayəndə heyətlərinin səbəbsiz yerə fanatlar tərəfindən tənqidlərə məruz qalmasından danışıb. O bildirib ki, bəzi ölkələrdə nümayəndə heyəti nə təmsilçi, nə də mahnı seçmə kimi səlahiyyətlərə sahib olur. Belə ölkələr daha çox qapalı seçim turu vasitəsi ilə təmsilçi və mahnılarını seçirlər, sonda isə tənqidlərin əsas hədəfi yenə nümayəndə heyəti olur.

Jan Frost Bors (facebook)


Qapalı seçim turlarında kanal rəhbərlikləri və yaxud digər üçüncü şəxslər istədikləri şəxsləri və ya mahnıları seçə bilir. Azərbaycanda artıq son bir neçə ildir ki, müsabiqə təmsilçisi və mahnısını məhz bağlı qapılar arxasında seçən ölkələrdəndir.

Biz isə hələlik yalnız ümid edə bilərik, ümid edə bilərik ki, nə vaxtsa İctimai Televiziya və Radio Yayımları Şirkəti bağlı qapıları üzümüzə açacaq.

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén