casino malaysia
online casino malaysia
Qalibsiz baş tutacaq ilk Eurovision sezonu bu həftə yekunlaşır - INFE Azerbaijan

INFE Azerbaijan

Official Member of INFE Network

Qalibsiz baş tutacaq ilk Eurovision sezonu bu həftə yekunlaşır

18 mart tarixində Avropa Yayımlar İttifaqının qərarı ilə 64 illik müsabiqə tarixində ilk dəfə müsabiqəyə ara verildiyi açıqlanmışdı. Ancaq, Avroviziya həftəsinin boş keçməməsi üçün hər iki yarımfinal günlərində “Eurovision Song Celebration 2020” adlanan xüsusi şou baş tutacaq.

12 may çərşənbə axşamı günü 1-ci yarımfinalda yarışmalı olan ölkələr, Almaniya, İtaliya və ev sahibi Hollandiyanın; 14 may cümə axşamı günü isə, 2-ci yarımfinal ölkələri, Fransa, Birləşmiş Krallıq, İspaniyanın mahnıları nümayiş olunacaq. Həmçinin, mahnılar prodüserlər tərəfindən qərar verilən rəsmi yarımfinal çıxış nömrəsi altında yayımlanacaq. Bundan əlavə, hər iki şou zamanı fanatların Avroviziya 2020 mahnıları ilə çəkdikləri 20 saniyəlik video çarxlardan istifadə olunacaq.

Qeyd edək ki, “Eurovision Song Celebration 2020” Bakı saatı ilə 23:00-da Avroviziya Mahnı Müsabiqəsinin rəsmi Youtube kanalında yayımlanacaq.

Şənbə günü isə, “Eurovision: Europe Shine A Light” adlanan şou həm Avroviziya Mahnı Müsabiqəsinin rəsmi Youtube kanalında, həm də 41 iştirakçı ölkənin, əlavə olaraq Kosovo, Bosniya və Herseqovina, Monteneqro və Qazaxıstanın ictimai kanalında yayımlanacaq.

Şantal Yanzen, Edsiliya Rombli və Yan Smitin təqdimatında baş tutacaq şouda 41 təmsilçidən başqa həmçinin, keçmiş Avroviziya qalibləri Duncan Laurence, Gali Atari, Måns Zelmerlöw, Marija Šerifović, Netta, Ell & Nikki, Johnny Logan da iştirak edəcək.

Xatırladaq ki, 16 May Şənbə günü saat 23:00-da Murad Arifin şərhi ilə “Eurovision: Europe Shine A Light” proqramını İctimai Kanaldan canlı olaraq izləyə bilərsiniz.

Next Post

Previous Post

Şərh yaz

© 2020 INFE Azerbaijan

Theme by Anders Norén