INFE Azerbaijan

Official Member of INFE Network

Polşa Televiziyasından rekord nəticə: 7.7 milyon

Polşanın Gliwice şəhərində keçirilən 17. Uşaq Avroviziya mahnı müsabiqəsi elə ev sahibinin qələbəsi ilə də başa çatdı.

12 yaşlı Viktoria Gabor ilə təmsil olunan ölkə müsabiqə tarixində ilklərə imza atdı. Belə ki, Gaborun qələbəsi ilə Polşa müsabiqə tarixinin ardıcıl iki il qələbə qazanan ilk ölkəsi oldu.

Polşa Televiziyasının prezidenti Jacek Kurski özünün Twitter profilindən ölkə təmsilçisi Viktoria Gaborun canlı çıxışını TVP1, TVP ABC və TVP Polonia kanallarında 5,53 milyon insanın izlədiyini bildirib.

İda Nowakowska, Aleksander Sikora və keçən ilki müsabiqənin qalibi Roksana Wgigielin ev sahibliyi etdiyi müsabiqə Polşanın TVP1, TVP ABC və TVP Polonia kanallarında canlı yayımlanıb.

TVP-nin “Wiadomości” proqramının verdiyi məlumata görə isə müsabiqəni Polşanın ictimai kanalı efirindən ümümilikdə 7.7 milyon insan izləyib.


Qeyd edək ki, ölkəmiz bu ilki müsabiqədə iştirak etməkdən imtina edib.

Next Post

Previous Post

Şərh yaz

© 2019 INFE Azerbaijan

Theme by Anders Norén