INFE Azerbaijan

Official Member of INFE Network

onlardan biri Azərbaycan təmsilçisi ola bilər?

Azərbaycan mənşəli ulduzların Rusiya musiqi sənayesində “at oynatdığı” bir vaxtda ölkənin birinci kanalı İctimai Televiziya və Radio Yayımları Şirkəti Leyla Quliyevanın başçılığı altında ölkəmizin 2020 Eurovision mahnı müsabiqəsindəki təmsilçisinin axtarışındadır.

Təkcə Rusiya deyil, həmçinin post-sovet ölkələrinin müsiqi çarxlarını darmadağın edən, musiqi mükafatlarındırma mərasimlərində mükafatları bir-bir toplayan azərbaycanlı ifaçılar İctimai Televiziyanın da maraq dairəsinə daxil ola biliblər?

Keçən il ilk dəfə məhz fan klubumuz Rauf və Faik əkiz qardaşlarını ölkə təmsilçiliyi üçün namizəd kimi göstərdi.

1999-cu ildə Rusiyanın İjevsk şəhərində anadan olmuş əkizlərin babası Bakıda opera ifaçısı kimi faəliyyət göstərib.
Dörd yarım oktavaya sahib qardaşların ən məşhur mahnılarının – “Uşaqlıq” audio yazısı youtube-da nə az, nə çox 205 milyon dəfə izlənilib.

Qeyd-şərtsiz Azərbaycan tamaşaçısına Rusiyada fəaliyyət göstərən Azərbaycan mənşəli ulduzlar arasında ən çox tanınanı Emin Ağalarovdur.
Bəstəkar, müğənni, biznesmen Emin Ağalarov musiqi karyerasına 2006-cı ildə “Still” adlı ingiliscə albomu çıxarmaqla başlayıb. Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüş Emin, Bakıda keçirilmiş Eurovision mahnı müsabiqəsində “interval akt” zamanı səhnə alıb.

1993-cü ildə Almatıda anadan olmuş Bəxtiyar Məmmədov, səhnə adı ilə Jah Khalib də adı çox hallanan ifaçılardandır.
Atası azərbaycanlı, anası isə qazax olan ifaç treklərinin sosial şəbəkələrdə yayılması sayəsində məşhurluq əldə edib. 2017-ci ilin iyununda “İlin sıçrayışı” nominasiyasında Muz-TV mükafatının laureatı olub.

Növbəti adı daha çox hallanan ifaçı isə 1988-ci il Moskvada dünyaya gəlmiş Azərbaycan əsilli Rusiyalı repçi Bəxtiyar Əliyevdir.

Next Post

Previous Post

Şərh yaz

© 2020 INFE Azerbaijan

Theme by Anders Norén