casino malaysia
casino
Onlar 2021-də də gəlir - INFE Azerbaijan
INFE Azerbaijan

Official Member of INFE Network

Onlar 2021-də də gəlir

Avroviziya həftəsi yeni bitsə də, gələn ilki müsabiqəsinin 18 təmsilçisi artıq bəllidir.

2020-ci il üçün 41 ölkənin həm təmsilçiləri, həm də mahnıları bizə məlum idi. Lakin müsabiqənin ləğvinin ardından, Avropa Yayım İttifaqı iştirakçı ölkələrin növbəti il yeni mahnılarla yarışmaya qatılmalı olduqlarını açıqladı. Bu xəbərdən sonra, hər il təmsilçisini milli seçim turu ilə seçən ölkələrin nə qərar verəcəyi hər kəsi maraqlandırırdı. Belə ki, bir çox ölkələrin seçimləri artıq məlum olub.

Avstraliya:
Avstraliyanın milli seçim turu olan “Eurovision-Australia Decides” qalibi olan Montaigne “Don’t break me” mahnısı ilə ölkəsini 2020-ci ildə təmsil edəcəkdi. Avstraliyanın ictimai kanalı SBS-nin qərarı ilə Montaigne növbəti il də ölkənin müsabiqədə təmsil edən olacaq.

Avstriya:
“Alive” mahnısı ilə Avstriyanın 2020-ci il üçün müsabiqədəki iştirakçısı Vincent Bueno ORF kanalının seçimi ilə gələn il də ölkəsini Avroviziyada təmsil edəcək.

Azərbaycan:
Odlar Yurdunu təmsil etməyi 5 ildir gözləyən Əfəndi, öz arzusuna 2020-ci ildə qovuşsa da, müsabiqənin ləğvi buna mane oldu. Lakin İctimai Televiziyanın qərarı ilə Əfəndi növbəti il də ölkəmizin Avroviziyadakı siması olacaq.

Belçika:
Dünyaca məhşur Hooverphonic qrupunun Avroviziyadakı iştirakı hər kəsin marağına səbəb olmuşdu. Belçika kanalı qrupu 2021-ci ilə yenidən müsabiqəyə göndərməyə qərar verdi. Qeyd edək ki, qrupun “Eurovision:Europe Shine A Light” proqramı üçün hazırlanmış çarxda mahnını bəyənməyərək iştirak etməməsi müsabiqə fanatları tərəfindən birmənalı qarşılanmayıb.

Bolqarıstan:
Son illərdə qalibiyyəti ən çox gözləyən Bolqarıstan, bəlkə də istəyinə bu il Victoria ilə nail ola biləcəkdi. Növbəti il də buna nail olub- olmayacağını yenidən Victorianın iştiraki ilə biləcəyik.

Çexiya:
“Kemama” adlı mahnısını bir neçə dəfə dəyişikliklər edərək yeniləyən və fanatlar tərəfindən bir çox reaksiyalar alan ifaçı Benny Cristo gələn il ölkəsi Çexiya üçün Avroviziyada iştirak edəcək.

Gürcüstan:
Qonşu Gürcüstan da seçimini 2020-ci il təmsilçisindən yana qərarlaşdırıb. “Take me as I am” deyən Tornike Kipiani növbəti il də ölkəsini təmsil edəcək.

Yunanıstan:
Bu ilki iştirakçılar arasında ən gənc ifaçı Stefania, 2021-ci ildə Rotterdamda Yunanıstan üçün səhnəyə çıxacaq.

İsrail:
Ötən ilin ev sahibi də 2020-ci il təmsilçisini yenidən müsabiqəyə göndərən ölkələr arasındadır. 20 yaşlı, Efiopiya əsilli Eden Alene, gələn il İsraili təmsil edəcək.

Latviya:
6 dəfə Latviyanı, 2 dəfə isə Litvanı təmsil etmək üçün milli seçim turlarına qatılan Samanta Tinanın nəhayət ki, bu il “Still Breathing” mahnısı ilə şansı gətirmişdi. Müsabiqənin ləğvindən sonra Samanta, bir daha milli seçim turlarına qatılmayacağını açıqlamışdı. Bu səbəbdən də Latviya kanalının qərarı fanatlara ən çox maraqlı olan qərarlardan biri idi. Bir neçə gün öncə isə LTV kanalı Samantanın növbəti il üçün iştirakını təsdiqlədi.

Malta:
2015-ci il Uşaq Avroviziyanın qalibi, eyni zamanda 2019-cu ildə Michela Pace üçün bek-vokal olan Destiny Chukunyere 2021-ci ildə Maltanın Avroviziya siması olacaq.

Rumıniya:
İlin ən iddialı ölkələrindən biri olan Rumıniya da təmsilçisi Roxeni bir daha müsabiqəyə göndərən ölkələrdəndir.

San Marino:
2011-ci ildə “Stand By” adlı mahnısı ilə tanıdığımız Senhit, SMRTV tərəfindən 2020-ci il üçün təmsilçi seçilmişdi. “Eurovision: Europe Shine A Light” şousunda Senhit, gələn il də San Marinonun təmsilçisi olacağını açıqladı.

Sloveniya:
EMA 2020 müsabiqəsinin qalibi Ana Soklič də Avroviziya 2021-də iştirakı təsdiqlənən ifaçılar arasındadır.

İspaniya:
Böyük Beşlik ölkələrindən İspaniya təmsilçisini seçənlərdəndir. Blas Cantó növbəti il ölkəsi üçün müsabiqədə mübarizə aparacaq.

İsveçrə:
Birinciliyə namizəd ölkələrdən İsveçrəni də səhnə adı Gjon’s Tears olan, Kosovalı ifaçı Gjon Muharremaj təmsil edəcək.

Hollandiya:
65-ci Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi Hollandiyanın növbəti il də təmsilçisi Jeangu Macrooy olacaq.

Ukrayna:
Ən qalmaqallı milli seçim turu Vidbir ilə iştirakçısını seçən Ukraynanı ilk dəfə tamamilə Ukrayna dilində olan mahnı ilə Go_A qrupu təmsil edəcəkdi. Ölkənin ictimai kanalı UA:PBC-nin qərarı ilə gələn il qrupu Avroviziya səhnəsində görəcəyik.

Qeyd edək ki, Estoniya, İsveç, Danimarka, Norveç, İslandiya, Litva, Finlandiya, Portuqaliya növbəti il üçün təmsilçilərini milli seçim turu ilə seçəcəklər.

Next Post

Previous Post

Şərh yaz

© 2020 INFE Azerbaijan

Theme by Anders Norén