57.-si keçirilən Norveçin milli seçim turu “Melodi Grand Prix” bu axşam ölkənin Avroviziya mahnı müsabiqəsi 2019 təmsilçisini seçdi.

Norveç münsif və tamaşaçı səsverməsi ilə “Melodi Grand Prix”in qalibi və ölkənin Təl-Əvivdəki təmsilçisini müəyyən edib.

Heidi Ruud Ellingsen və Kåre Magnus Berghin aparıcılıq etdiyi şou ölkənin sonuncu Avroviziya təmsilçisi Alexander Rybakin çıxışı ilə başlayıb.
Oslo şəhərində baş tutan seçim turunda 10 çıxış Norveçin Təl-Əvivdəki siması olmaq uğrunda mübarizə aparıb.

Münsiflər D’Sound və Adrian Jørgensen lehinə səs vermələrinə baxmayaraq, xalq Anna-Lisa Kumoji və KEiiNO-nu 4 “qızıl” (gold) finalçı arasına salıb. Qızıl finalın qalibi isə yalnız xalqın verdiyi səslər ilə müəyyən olunub. Xalqın verdiyi səslər KEiiNO-nu “Melodi Grand Prix 2019” qalibi edib.