INFE Azerbaijan

Official Member of INFE Network

Norveç nümayəndə heyətinin rəhbəri Efendi və Tixin sevgisindən danışdı

Norveç deleqasiyasının rəhbəri Stig Karlsen INFE Azərbaycana verdiyi müsahibədə müsabiqə ilə bağlı maraqlı açıqlamalar verib.

O, bu il baş tutacaq olan müsabiqənin bəlli səbəblərə görə fərqli olsa da, digər illərlə müqayisədə çox daha maraqlı olacağını qeyd edib.

Eyni zamanda son vaxtlarda Avroviziya fanatlarının marağına səbəb olan Norveç təmsilçisi TIX-in təmsilçimiz Efendi ilə bağlı paylaşımları ilə əlaqəli də danışıb:

“O, həmişə Efendi haqqında danışır. Məncə, onun həqiqətən Efendiyə qarşı hissləri var. Bu onun şəxsi həyatı olduğu üçün bu haqda ondan soruşmayıb nəzakətli olmağa çalışırıq. Nələr baş verəcəyini birlikdə görəcəyik. Məncə bu çox xoşdur.”

-Sosial şəbəkələrdəki insanlar bununla çox maraqlanır və bilmək istəyirik ki, bunu həqiqətən TIX özü edir yoxsa komandadan dəstək alır?

“Tamamilə özüdür. O mahnını sevir, biz bunu videolarda görürük. Biz bu il Azərbaycanın mahnısını bəyənirik. Görünür ki, bizim TIX də onu sevir.”

-Bəs Efendi və TIX-in belə bir vaxtda görüşmə şansı varmı?

“Biz də bunu sizin kimi izləyirik. Nələr olacağını birlikdə görəcəyik.”

Sonda isə Stig Karlsen Azərbaycanın Avroviziya üçün xarici bəstəkarlardan mahnı almağına fikir bildirib.
“Azərbaycanda yetərincə istedadlı sənətçilərin olduğunu düşünürəm. Buna vaxt sərf etməlisən, hər yerdə olmalısan, müsabiqəni yaxşı reklam etməlisən ve əmin olmalısan ki, yerli musiqiçilər müsabiqənin nə olduğunu bilir.
Azərbaycan hər il mənim favorit ölkələrimdən olur, bunu sizinlə danışdığım üçün demirəm bu həqiqətdir.
Sizinlə bağlı bu faktı çox bəyənirəm. Siz başqa ölkələrdən olan bəstəkarlardan mahnı almağınıza baxmayaraq həmişə özünüzə aid nələrisə əlavə edirsiniz.
Mən Azərbaycanın böyük fanatıyam və bu il bizim “əsas insanımız” TIX isə ən böyük fanatınızdır.”

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén