INFE Azerbaijan

Official Member of INFE Network

Maltanın “Avroviziya” xərcləri araşdırılır.

Malta təmsilçisi Destiny Chukunyere-nin müsabiqədə xalq səsverməsindən sadəcə 47 xal almasından sonra ölkədə qızğın müzakirələr başlayıb.

Beləki şaiələrə görə Maltanın “Avroviziya” komandası süni yollarla Destiny-in mərc saytlarında daha yüksək pillələrdə olması üçün əlavə xərclər çəkib. Hal-hazırda Maltanın müsabiqədəki xərcləri araşdırılır. Təkcə ölkənin turizm təşkilatı mahnının tanıtımı üçün 350,000 avro xərcləyib. Bu hətta Malta parlamentində də müzakirə olunub.
Qeydə edək ki, Malta mərc saytlarında müəyyən müddət üçün 1-ci olaraq göstərilirdi. Final gecəsi mərc saytlarında 3-cü olacağı gözlənilən Malta müsabiqəni 7-ci yerdə bitirib.

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén