Almanya ictimai kanalı NDR bu gün ölkəni Avroviziya Mahnı Müsabiqəsində kimin təmsil edəcəyinə aydınlıq gətirib. Belə ki, 2021-ci ildə Almanyanı 26 yaşlı Jendrik Sigwart təmsil edəcək.

Jendrik həyəcanını “Müsabiqədə çıxış etməyi çox səbirsizliklə gözləyirəm. Mən həqiqətən Avroviziya Mahnı Müsabiqəsinə gedirəm! Xəyalım gerçək olur. Bu inanılmazdır!” deyərək ifadə edib.

Alman nümayəndə heyəti rəhbəri Alexandra Wolfslast isə açıqlamasında Jendrikin ölkəni təmsil edəcəyinə görə xoşbəxt olduqlarını qeyd edib.

Qeyd edək ki, Jendrik Sigwartın Avroviziya səhnəsində ifa edəcəyi mahnı 25 Fevral tarixində ARD kanalında yayımlanacaq.