Avropa Yayımlar Birliyi Avroviziya 2021 haqqında daha yeni bir xəbəri açıqlayıb. Belə ki, hər bir iştirakçı öncədən çıxışını öz ölkəsində lentə alacaq. Əgər karantin səbəbi ilə hər hansı ölkə nümayəndə heyəti Rotterdama səhayət edə bilməzsə, lentə alınmış həmin performanslar yarışmada yayımlanacaq.

Performanslar studiya şəraitində çəkilməli və mart ayının sonuna kimi göndərilməlidir. Prosesin ədaləti olmasını təmin etmək üçün çəkilişdən əvvəl hər bir iştirakçı yayımçı, ev sahibi kanaldan bir koordinatorla görüşüb səs sessiyası qrafiki, studiya quruluşu və kamera planını təqdim etməlidir. Çəkiliş zamanı isə müşahidə üçün müsabiqənin direktoru, ev sahibi yayımçının nümayəndəsi və müstəqil səsvermə müşahidəçisi ilə canlı əlaqə qurulacaq.

Eyni zamanda qeyd olunub ki, bu lent üçün milli final performansı istifadə edilə bilməyəcək.

Xatırladaq ki, Avroviziya Mahnı Müsabiqəsinin necə keçiriləcəyi barədə daha çox məlumat yanvar ayında bəlli olacaq.