INFE Azerbaijan

Official Member of INFE Network

İsrail 9 mahnı yayımladı

İsrailin ictimai kanalı KAN, milli seçim turunda yarışacaq 9 mahnının demo versiyalarını və sözlərini yayımlayıb.

13 dekabr tarixinə qədər, onlayn formatda davam edəcək olan səsvermədə fanatlar KAN veb səhifəsi və ya KAN tətbiqi vasitəsi ilə yalnız 2 mahnıya səs verə bilərlər. Nəticədə, fanatlar tərəfindən ən çox səs toplayan 2 mahnı və seçim komissiyası tərəfindən seçilən 1 mahnı ikinci tura keçəcək.

Yayımlanan mahnılar:

  1. Can’t Stop a Hurricane
  2. Coming Out
  3. Flying
  4. La La Love
  5. Rise Up Today
  6. Set Me Free
  7. Shoulders
  8. Spilling Magic
  9. Ue La La

Qeyd edək ki, veb saytda yayımlanan mahnıları İsrail xaricində başqa bir ölkədən dinləmək mümkün deyil. Lakin buradan dinləyə bilərsiniz.

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén