INFE Azerbaijan

Official Member of INFE Network

İspaniya “Voy A Quedarme” deyəcək

İspaniya “Destino Eurovisión 2021” milli seçim turu ilə Roterdamda keçiriləcək 65. Avroviziya mahnı müsabiqəsi üçün müsabiqə mahnısını seçdi.

Toni Aguilar və Yuliya Varelanın aparıcılığ etdiyi gecədə ölkənin əvvəlki illərdəki təmsilçiləri Pastora Soler (2012) və Edurne (2015) də çıxış edib.

İspaniyanın ictimai kanalı iki mahnın mübarizə apardığı milli seçim turunda 100% xalq səsverməsi ilə qalib mahnını müəyyənləşdirib.

Ölkənin Avroviziya 2020/21 təmsilçisi Blas Cantó final üçün uptempo ‘Memoria’ və səs imkanlarını nümayiş etdirə bildiyi güclü ballada ‘Voy A Quedarme’ adlı mahnıllar ifa edib.

Gecənin sonunda “Voy A Quedarme” İspaniyanın 65. Avroviziya mahnı müsabiqəsi mahnısı kimi seçilib.

Qeyd edək ki, İspaniya Avroviziya mahnı müsabiqəsinin 22 mayda baş tutacaq final mərhələsində mübarizə aparacaq.

Next Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén