INFE Azerbaijan

Official Member of INFE Network

İsfar Sarabskidən xəbər var

Adı bir çox hallarda Eurovision təmsilçiləri ilə birgə hallanan
Azərbaycanlı caz və elektron musiqiçi, pianoçu İsfar Sarabskidən xəbər var.

Var-Yox xəbər verir ki, Azərbaycan Respublikasının əməkdar artisti “Warner Music Group” ilə iş müqaviləsi imzalayan ilk azərbaycanlı caz musiqiçi olub.

Musiqiyə elektro-muğam adlı yeni stil gətirmiş İsfar Sarabski müqaviləyə əsasən bu leybl adı altında iki albom yayımlayacaq.

Çıxışı 2020-ci ilin iyun ayında Hamburq şəhərində planlaşdırılan ilk albom caz janrında olacaq. İfaçının albomdan öncə iki sinql yayımlaması gözlənilir. Fevral ayından başlayaraq isə İsfar müxtəlif festivallarda iştirak edəcək və Avropanın bir çox şəhərlərində konsert proqramı ilə çıxışlar edəcək.

İkinci albom isə elektron-musiqi janrındadır, ilk sinqllar 2020-nin avqust/sentyabr aylarında çıxacaq. İkinci albom 2020-nin sonunda təqdim ediləcək.

Mənbə: Var-Yox 

Next Post

Şərh yaz

© 2019 INFE Azerbaijan

Theme by Anders Norén