INFE Azerbaijan

Official Member of INFE Network

İsa Məlikova məxsus olan BMF şirkətinin rəsmi YouTube kanalı YouTube tərəfindən silinib.

Azərbaycanın Eurovision Mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri İsa Məlikova məxsus olan Baku Music Factory şirkətinin rəsmi YouTube kanalı YouTube tərəfindən müəllif hüquqlarının pozulması səbəbindən silinib.

Qeyd edək ki, Azərbaycanın YouTubeda ilk musiqi kanalı olan BMF-nin 175.000-dən çox izləyicisi, 116.000.000-dan çox ümumi baxış sayı var idi.

2010-cu ildə bəstəkar və prodüser İsa Məlikov tərəfindən açılan kanalda həm məhşur, həm də qeyri-peşəkar ifaçıların klipləri yer alırdı.

1news.az saytına açıqlama verən İsa Məlikov, bunun absurd səhvlər ucabtından baş verdiyini və kanalın bərpası üçün işlər aparıldığını qeyd edib.

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén