INFE Azerbaijan

Official Member of INFE Network

“INFE Azerbaijan” Fan Klubunda yeni prezidentlər

Fan klubun idarə heyətinin daxili səsverməsi nəticəsində klubu növbəti bir ildə kimlərin idarə edəcəyi təyin edilib. 

“INFE Azerbaijan” fan klubunun daxili inkişaf perspektivlərinin artırılması üçün klubun idarə etmə sistemində bəzi dəyişikliklər edilib.

Belə ki, “INFE” klubları arasında ilk dəfə bir klubu iki prezident idarə edəcək. Bu dəyişiklə yanaşı “vitse-prezident” vəzifəsi də ləğv edilib.

İdarə heyətinin daxili səsverməsi nəticəsində Abdulla Həsənli və Elmira Məmmədova klubun prezidentləri seçilib. Onların fəaliyyətə müddəti dekabrın 1-dən başlayacaq və səlahiyyət müddəti 2021-ci il Dekabrın 31-də başa çatacaq.

Qeyd edək ki, buna kimi klubumuzda Orxan Ağayev prezident vəzifəsini idarə edirdi.

Mən Abdulla Həsənli, Eurovision ilə gözümü açandan ailəm vasitəsilə tanışam. Hər keçən il isə bu tanışlıq artıq marağa çevrilirdi. Ölkəmizin yayımlamağa başladığı 2005-ci ildən isə müsabiqəni fasiləsiz izləyirəm. 2012-ci il ev sahibliyi etdikdən sonra isə digər ölkələrin milli seçim turları ilə maraqlanıram. 2016-cı ilin 30 dekabrnda INFE Azerbaijan ailəsinə xəbərlər üzrə baş redaktor kimi qoşulmuşam. Hazırda isə INFE Azerbaijan klubunun vitse-prezidentiyəm. 2017-ci ildə Kievdəki müsabiqədə iştirak etmişəm. Eyni zamanda INFE komandası ilə 2017 Gürcüstan milli seçimlərinə dəvət olunub orda da Azərbaycan adına çıxış etmişik. Hal – hazırda İtaliyanın payaxtı Roma şəhərində təhsil alıb, yaşayıram.

Abdulla Həsənli

Mən Elmira Məmmədova, 2009-cu ildə Avroviziya ilə tanış oldum. Ölkəmizdə artıq müsabiqənin əvvəlki kimi izlənmədiyi zamanlarda mənim marağım hər il daha da artırdı. 2017-ci ildən iştirakçı ölkələrin milli seçim turları ilə də maraqlanmağa başladım. Keçən ildən etibarən isə INFE Azerbaijan komandası ilə birlikdə çalışıram.

Elmira Məmmədova

Next Post

Previous Post

Şərh yaz

© 2020 INFE Azerbaijan

Theme by Anders Norén