INFE Azerbaijan

Official Member of INFE Network

Gürcüstanın siması Oto Nemsadze olacaq!

Bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayan, Gürcüstanın öz təmsilçisini seçdiyi “Georgian Idol” müsabiqəsinin final mərhələsi keçirildi. Qeyd edək ki, müsabiqə 10 iştirakçı ilə öz yoluna başlamışdı. Bu gün isə finalda 4 iştirakçı ölkənin təmsilçisi olmaq uğrunda mübarizə apardı. Finalçıların adı məlum olduqdan sonra final üçün 3 müxtəlif gürcü bəstəkara, gürcü dilində mahnılar yazdırıldı. 4 finalçı arasında finalda ifa edəcəyi mahnı və sıralama üçün püşkatma keçirildi. Nəticədə isə bəstələdiyi mahnısı ilə ölkəsini Tel-Əvivdəki müsabiqədə təmsil etməyə haqq qazandı.

01. Giorgi Nakashidze – “Sul Tsin Iare” (Go Ahead) – bəstəkar Roman Giorgadze

02. Liza Kalandadze – “Sevdisperi Zgva” (Sikent Sea) – bəstəkar Levan Basharuli

03. Oto Nemsadze – “Sul Tsin Iare” (Go Ahead) – bəstəkar Roman Giorgadze (Qalib)

04. Giorgi Pruidze – “Me Mjera” (I Believe) – bəstəkar Tamar Babilua

BONUS: Qeyd edək ki, Oto Nemsadze 2017-ci ildə keçirilən Gürcü milli finalında da iştirak etmişdi. INFE Azerbaijan olaraq dəvət olunduğumuz finalda, Oto Nemsadze ilə olan müsahibəni təqdim edirik.

Next Post

Previous Post

Şərh yaz

© 2019 INFE Azerbaijan

Theme by Anders Norén