Bu gün Bakı vaxtı ilə saat 22:00-da Gürcüstanın öz təmsilçisini seçəcəyi “Georgian Idol” müsabiqəsinin final mərhələsi keçiriləcək. Qeyd edək ki, müsabiqə 10 iştirakçı ilə öz yoluna başlamışdı. Bu gün isə finalda 4 iştirakçı ölkənin təmsilçisi olmaq uğrunda mübarizə aparacaq. Finalçıların adı məlum olduqda sonra final üçün 3 müxtəlif gürcü bəstəkara, gürcü dilində mahnılar yazdırıldı. Finalçılar da finalda məhz bu mahnıları ifa edəcək və ölkənin səsi bu mahnılardan biri olacaq.

Finalda mübarizə aparan iştirakçılar bunlardır:

Giorgi Nakashidze – “Sul Tsin Iare” (Go Ahead) (bəstəkar Roman Giorgadze)

Giorgi Priudze – “Me Mjera” (I Believe) (bəstəkar Tamar Babilua)

Liza Kalandadze – “Sevdisperi Zgva” (Silent Sea) (bəstəkar Levan Basharuli)

Oto Nemsadze – “Sul Tsin Iare” (Go Ahead) (bəstəkar Roman Giorgadze)

BONUS: Qeyd edək ki, Oto Nemsadze 2017-ci ildə keçirilən Gürcü milli finalında da iştirak etmişdi. INFE Azerbaijan olaraq dəvət olunduğumuz finalda, Oto Nemsadze ilə olan müsahibəni təqdim edirik.