İkinci ildir ki, Gürcüstan Birinci Kanalı Eurovision təmsilçisini “Georgian Idol” ilə seçir.

Buna baxmayaraq ölkənin milli seçim turuna qatılmayan George Guren ölkəsini müsabiqədə təmsil etmək istədiyini açıqlayıb.

Həmyerlisi Tamta kimi Yunanıstanda fəaliyyət göstərən gürcü ifaçı ölkəsinin Rusiya ilə müharibəsi zamanı anası ilə birlikdə Yunanıstana köçüb.

İfaçı bir neçə həftə öncə ilk sinqılına çəkilmiş video klipi təqdim edib.

Musiqisi Nikos Antoniadis, sözləri Violeta Tzivra və Julie Massionya məxsus “I’ m Defenseless” mahnısı özünü gücsüz və qorumasız hiss edən biri haqqındadır. Güclü səsə malik ifaçını Gürcüstanın siması olaraq Eurovisionda görə biləcəyik?

Ölkənin 2020 Eurovision mahnı müsabiqəsindəki təmsilçisini
müəyənləşdirəcək “Georgian İdol”da isə üçüncü canlı şou başa çatıb.

Ölkənin Birinci kanalının keçirtdiyi müsabiqəni ardıcl ikinci həftədir ki, Tornike Kipiani birinci tamamlayır: