INFE Azerbaijan

Official Member of INFE Network

Filipp Kirkorovun Litvaya girişinə qadağa qoyuldu

Litva Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə rusiyalı ifaçısı Filipp Kirkorovun Litvaya girişinə 5 illik qadağa qoyulub. 19 yanvardan qüvvəyə minmiş qərarda Avroviziya ulduzu Kirkorovun da adı Litvanın arzuolunmaz şəxslərin siyahısında yer alıb.

“Krımın işğalını açıq şəkildə dəstəkləyən cinayətkarlara heç bir demokratik dövlətdə yer yoxdur. Bu cür ifaçılar məsələsində birmənalı mövqeyimiz var və buna görə də Kirkorovun Litvanın arzuolunmaz şəxslərin siyahısına daxil edilməsində hər hansı bir şübhə yox idi.” Daxili işlər naziri Agne Bilotaite bildirib.

Interior Minister Agnė Bilotaitė
Litva Daxili İşlər Naziri Agne Bilotaite, J. Stacevičius/LRT

Litva Xarici İşlər Nazirliyinin rəhbəri Gabrielyus Landsbergis qeyd edib ki, Rusiya və Bolqarıstan vətəndaşı Filipp Kirkorovun ölkəsinə girişinə qadağa qoyulmasını istəyənlərdən biri də o olub. Nazirin sözlərinə görə Kirkorov ilhaq edilmiş Krıma dəfələrlə səfər edib və bu hərəkəti ilə “Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qəsdən inkar edib və beləliklə Rusiya Federasiyasının təcavüzkar hərəkətlərinə qanunsuz olaraq haqq qazandırıb”.

Qeyd edək ki, ifaçının iyun ayı üçün Litvanın Vilnius və Klaipeda şəhərlərində konsertləri gözlənilirdi.

Mənbə: LRT

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén