casino malaysia
casino
Festivali i Këngës baş tutacaq - INFE Azerbaijan
INFE Azerbaijan

Official Member of INFE Network

Festivali i Këngës baş tutacaq

Albaniya da 2021-ci il Avroviziya Mahnı Müsabiqəsi üçün seçimini edən ölkələr siyahısına daxil olub.

Ölkənin ictimai kanalı RTSH, 59-cu “Festivali i Këngës” adlı yarışma üçün hazırlıqların başladığını, koronavirusun yaratdığı vəziyyətə baxmayaraq, yarışmanın hər zaman olduğu kimi dekabr ayında baş tutacağını açıqlayıb. Sentyabr ayında isə mahnı qəbulunun başlayacağını da bildirib.

Qeyd edək ki, 1964-cü ildən bəri davam edən bu yarışmada 2004-cü ildən Albaniyanın Avroviziya təmsilçisi və mahnısı seçilir.

Pandemiya səbəbi ilə təxirə salınan 2020-ci il Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı Arilena Ara, “Fall from the Sky” mahnısı iilə təmsil edəcəkdi.

Next Post

Şərh yaz

© 2020 INFE Azerbaijan

Theme by Anders Norén