INFE Azerbaijan

Official Member of INFE Network

Fərman Akgül ilə Sevda Ələkbərzadədən duet

2010-cu il Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edərək 2-ci yerin qalibi olan MaNga qrupunun solisti Fərman Akgül, Azərbaycanın Əməkdar Artisti Sevda Ələkbərzadə ilə “Ulu Vətən” mahnısını yenidən səsləndirmək üçün Bakıya səfər edib.

Türkiyə mətbuatına verdiyi müsahibədə Akgül bildirib ki, duet oxumaq təklifini o edib. Onun məqsədi Qarabağın işğaldan azad olmasına dəstək olmaqdır.

” Mən siyasətçi olmadığım üçün dərdimi musiqi ilə anlada bilirəm. Burada haqlı bir mübarizə var. Bütün dünya bunu anlamalıdır. Azərbaycanda çox böyük fan kütləmiz var. Çox dostlarım var. Bu səbəblə, olanları duyğusallıqla izləyirəm. Həmişə deyirik, Azərbaycan və Türkiyə qardaşdır. Bu zamanlarda sənət adına bunu daha çox göstərməli olduğumuza inanıram. “

Qeyd edək ki, klip yaxın günlərdə yayımlanacaq.

Next Post

Previous Post

Şərh yaz

© 2020 INFE Azerbaijan

Theme by Anders Norén