INFE Azerbaijan

Official Member of INFE Network

“Eurovision 2019″un qalibi kim olacaq?

İsraildə baş tutacaq “Eurovision 2019″un qalibinin Duncan Laurence olacağı, ilk üçlüyü isə müvafiq olaraq Mahmood və Luca Hännin tamamlayacağı gözlənilir.

“Eurovision”un rəsmi proqnozlaşdırma oyunu “Rabbi Interactive” təqdim olunan proqnozlar haqqında bəzi əlavə məlumatlar paylaşıb.

Məlumatda deyilir ki, səs verənlərin əksəriyyəti öz ölkələrini təmsil edən ifaçının və mahnının müsabiqədə qalib gələcəyinə inanmır. Yalnız, İsveç və Hollandiyadan olan “Eurovision” fanatları öz ölkələrinin müsabiqədə zəfər əldə edəcəklərinə inanır.

“Eurovision 2019″un proqnozlaşdırılan TOP10:

Avropalıların əksəriyyəti ev sahibi ölkə İsrailin təmsilçisinin uğuruna da inanmırlar, belə ki, israililərdən fərqli olaraq (8-ci yer), Kobi Merimin evində ən yaxşı halda 18-ci yerdə qərarlaşacağını proqnozlaşdırırlar.

“Home”u müsabiqədə ruslar 34-cü, polyaklar 31-ci, ingilislər 28-ci, fransızlar 27-ci, hollandiyalılar 22-ci, Almanlar isə 20-ci yerdə qərarlaşacağını pronozlaşdırırlar.

Bəs siz müsabiqədə kimin qalib olacağını proqnozlaşdırırsınız? Ölkə təmsilçimiz Çingizin qalibiyyətinə inanırsınız? Elə isə bura daxil olun, təmsilçimizə səs verin və onu ilk onluğa daxil edin.

Mənbə: ESCKAZ.com

Next Post

Previous Post

Şərh yaz

© 2019 INFE Azerbaijan

Theme by Anders Norén