INFE Azerbaijan

Official Member of INFE Network

“Eurovision 2019″un ilk məşq günü

İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən “Eurovision 2019” mahnı müsabiqəsində ilk məşq günü başa çatıb.

9 ölkə müsabiqənin ilk məşq günündə Təl-Əviv Expo Mərkəzinin səhnəsinə çıxıb. Gəlin hər bir çıxışa daha yaxından nəzər salaq!

🇨🇾 Səhnəyə Bakı vaxtı ilə saat 11:00-da ilk olaraq Kipr təmsilçisi Tamta çıxıb. 4 kişi rəqqasın müşaiəti ilə səhnəyə çıxan Tamta qara rəngli gödəkçə, qara əlcək və dəri çəkmə geyinib. Daha sonra rəqqasları tərəfindən gödəkçəsi çıxarılan ifaçı parlaq gümüşi libası ilə şousunu davam etdirib.

🇨🇿 İlk məşq günü Monteneqro təmsilçilərinin çıxış sırası Çexiya təmsilçisinin çıxış sırası ilə dəyişdirildi və beləliklə ikinci səhnəyə Çexiya təmsilçisi Lake Malawi qrupu çıxdı. Qrupun vokalçısı Ukrayna milli seçim turunda olduğu kimi sarı sviter ilə səhnəyə çıxıb. Çexiyanın səhnəsi şousunda qırmızı və sarı rənglərin üstünlüyü var.

🇫🇮 30 dəqiqəlik məşq üçün Təl-Əviv səhnəsinə dünyaca məşhur DJ
Darude çıxıb. Daureni səhnədə fin ifaçı Sebastian və yaşıl libaslı rəqqas müşaiət edib. Təbiət temalı arxa fonda rəqqas əriyən buzun üzərində rəqs edib. Vokal baxımından Sebastianın çıxışı qeyri-kafi qiymətləndirilib. Finlandiyanın çıxışı arxa fonda günəşin çıxması ilə bitib.

🇵🇱 Növbə polşalı qızlarındır. Tulia qrupu “Pali się” (Sevginin Yanğısı) adlı mahnı ilə ilk məşqləri üçün Təl-Əviv səhnəsinə çıxıblar. İsveçli dizaynerlərin hazırladığı qırmızı parlaq ənənəvi geyimdə səhnəyə çıxan qızlar baş örtüyü və qızıl tac ilə səhnə libaslarını tamamlayıblar. Arxa fonda Polşa bayrağında olduğu kimi qırmızı və ağ üçbucaqların içində qrupun üzvlərinin simaları göstərilir. Dairəvi, fırlanan platformada ifa edən qızlar baş örtüklərini götürdükdən sonra, bir sırada ifa etməyə davam ediblər.


🇸🇮 “İndi” musiqi tərzi ilə müsabiqəyə qatılan Sloveniya təmsilçiləri
Zala və Gašper minimalist səhnə şousu ilə finala yol tapmağa çalışacaqlar. Zalanın canlı ifası mahnın studiya versiyasından demək olar ki, fərqlənməyib.

🇲🇪 Məşq sırası Montenqro təmsilçilərinindir. “D Moll” qrupunun altı üzvü də səhnə şouları üçün milli elementlərin nəzərə çarpdığı ağ libaslardan istifadə ediblər. Qrupun üzvləri səhnənin müxtəlif yerlərindən gələrək səhnənin mərkəzində birləşirlər. Montenqro səhnəsində əsas rənglər ağ və bənövşəyidir. Qrup üzvləri 30 dəqiqəlik məşq zamanı aralarındakı harmoniyanı əldə edə bilməyiblər.

🇭🇺 Bu gün səhnyə çıxan ifaçılar arasında heç sübhəsiz ki, ən peşəkarı Macarıstan təmsilçisi Joci Papaidir.  Belə ki, ifaçı 2017-ci ildə ölkəsini müsabiqədə təmsil edib və 8-ci yerdə qərarlaşıb.
Joci Papai qara libasda ayaqyalın səhnədə macar dilində olan mahnısını ifa edib.

🇧🇾 Bu gün 30 dəqiqləlik məşq üçün səhnəyə çıxan digər bir ifaçı isə Uşaq “Eurovision” mahnı müsabiqəsindən bizlərə yaxşı tanış olan Belarusiya təmsilçisi Zena olub. Zena çıxışına iki kişi rəqqas ilə başlayıb. Rəqqaslar daha sonra səhnədə salto vurub. Səhnədə olan böyük qutular və iki rəqqas Zenanın şousunda şəhər tərzini yarada bilib. Səhnə şousunun sonlarına yaxın Zenanın iki qadın bekvokalçısı da səhnəyə çıxaraq ifaçıya qoşulub. Zena vokal baxımından mətbuat mərkəzində çalışan jurnalistərdən müsbət qiymət alıb.

🇷🇸 Günün sonuncu məşqi üçün Serbiya təmsilçisi Nevena Božović  səhnəyə çıxıb. “Eurovision” fanatlarına yad olmayan ifaçı ölkəsi Serbiyanı buna kimi həm Uşaq “Eurovision 2007” mahnı müsabiqəsində, həm də “Eurovision 2013” mahnı müsabiqəsində təmsil edib. Qara tonların hakim olduğu səhnədə Nevena ən çox möhtəşəm vokal imkanı ilə yadda qalıb.

Next Post

Previous Post

Şərh yaz

© 2019 INFE Azerbaijan

Theme by Anders Norén