Kipr ictimai televiziyası CyBC Avroviziya 2021 üçün təmsilçisinin adını açıqlayıb. Belə ki, Elena Tsagrinou “El Diablo” adlanan mahnı ilə Kipr üçün yarışacaq. 

“She Got Me”, “Only Teardrops”, “You Let Me Walk Alone” kimi mahnılardan tanıdığımız Jimmy Thornfeld, Laurell Barker, Oxa, Thomas Stengaard tərəfindən yazılan mahnıda El Diablo qədər pis birinə duyulan sevgidən bəhs edilir.

Avstriyanın 2014, 2016 və 2018-ci illərdə səhnə performansını hazırlayan Marvin Dietmann isə növbəti il Elena Tsagrionu ilə çalışacaq.

Elena Tsagrinou kimdir?

1994-cü ildə Yunanıstanın Afina şəhərində dünyaya gəlmişdir. 14 yaşında “Greece Got Talent” yarışmasına qatılan Elena, yarımfinala qədər gələ bilmişdir. 2013-cü ildən OtherView qrupu ilə birlikdə 5 il fəaliyyət göstərmişdir. Həmçinin, The Voice of Greece yarışmasında aparıcı olmuşdur.

Elenanın “Pame Ap’ Tin Arxi” (Başdan başlayaq) adlanan ilk mahnısı bir çox Avroviziya mahnılardan tanıdığımız Dimitris Kontopoulos və Nikos Moraitis tərəfindən yazılmışdır.