Avroviziya 2011 qalibimiz Eldar Qasımov yaxın günlərdə yeni sinqılını təqdim etməyə hazırlaşır. Sosial şəbəkə hesablarında sinqılın üz qabığını paylaşan müğənni, mahnının tezliklə işıq üzü görəcəyini bildirib. İngilis dilində olan mahnı “Until The End” (Sonadək) adlanır. Keçmiş təmsilçimiz bu mahnıda yunan və isveçli bəstəkarlardan təşkil olunmuş, “Vocolor” qrupu ilə çalışıb.

Qeyd edək ki, “Vocolor” həmçinin Səmra Rəhimlinin “Hypnotized” mahnısının müəlliflərindən biridir.