INFE Azerbaijan

Official Member of INFE Network

“El Diablo” etirazlari davam edir

Kipr finala keçdikdən sonra ölkənin ictimai kanalı “RIK” önündə yenidən mahnı əleyhinə aksiya təşkil olunub. Bir qrup dindar şəxs mahnının şeytanı təbliğ etdiyini deyərək mahnının Kipri təmsil etməyinə qarşı olduqlarını dilə gətiriblər. “RIK” açıqlama verərək mahnının sözlərinin tənqidçilər tərəfindən yanlış yozulduğunu, mahnının iki aşiq arasındakı zərərli münasibət barədə olduğunu bildirib.

Kipri bu il “El Diablo” mahnısı ilə Elena Tsagrinou təmsil edir. Qeyd edək ki, “El Diablo” ispan dilindən tərcümədə şeytan deməkdir.

Next Post

Previous Post

Şərh yaz

© 2021 INFE Azerbaijan

Theme by Anders Norén